big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Milliyə qayıdışım gündəmdə deyil” – Rəşad Sadıqov

02.04.2018 , 07:20

Topaz Premyer Liqasında XXI turun “Qarabağ” – “Keşlə” (1:1) oyunundan sonraAğdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Təcrübəli müdafiəçi əvvəlcə matçla bağlı fikirlərini bildirdi…

– Öncə də bilirdik ki, oyun çətin keçəcək. “Keşlə” qış fasiləsindən sonra bütün rəqiblərinə yaxşı müqavimət göstərmişdi. İki məğlubiyyətləri var idi, həmin yenilgilər də 90-cı dəqiqədə gəlmişdi. Özümüz də milli komandaların oyunları ilə əlaqədar uzun müddət idi ki, birgə deyildik. İlk hissə çox ağır keçdi. Demək olar ki, heç nə alınmırdı. Ancaq fasilədən sonra özümüzə gəldik. Yaxşı vaxtda qol vurduq, ancaq təəssüf ki, 2-ci dəfə fərqlənə bilmədik. Yenə də qol şanslarımız oldu, amma rəqib də təhlükəli əks-hücumlara çıxırdı. Azarkeşlər üçün maraqlı oyun alındı.

– Maksim Medvedev öncəki açıqlamalarında demişdi ki, millinin baş məşqçisi olan Qurban Qurbanovun diqqətini çəkmək üçün “Qarabağ”a qarşı ikiqat güclə oynayırlar. Bu matçda da göründü ki, “Keşlə” oyunçuları çox əzmkar mübarizə aparırdılar. Bu fikirlə razısız?
– Təbii haldır. Millinin baş məşqçisinin qarşısında oynamaq hər bir futbolçu üçün stimuldur. Son açıqlanan siyahıda hamı gördü ki, özünü yaxşı tərəfdən göstərən futbolçu heyətdə yer ala bilər. Bütün futbolçular da bunda istifadə etmək istəyir və ikiqat motivasiya ilə oynayır.

– İkinci hissədə aqressiv görünürdün. Bu nə ilə əlaqəli idi?
– Məğlubiyyətlə əlaqədər.

– Oyundan sonra Pərdis-Fərcad Azada əsəbləşdin…
– Əsəbləşdim. Amma kobud formada deyildi. Millidə də birgə çıxış etmişik.

– U-21 millisi ilə bağlı söhbətimiz olmayıb. Yığma komandamız Kosovo və İrlandiyaya qarşı matçlarda yenilgi aldı. İrlandlarla qarşılaşmada meydan sahibləri qələbə qolunu 99-cu dəqiqədə vurdu. Necə alındı ki, oyuna 4 dəqiqə əlavə edilsə də, bu, uzun çəkdi…
– Etirazın mənası yox idi. Təəssüf ki, orda uduzduq. Uşaqlar çox yaxşı mübarizə apardılar. Layiq idilər ki, 1 xal qazansınlar. Hətta yaxşı əks-hücumlar da qururduq. Qələbə də qazana bilərdik. Məni sevindirən o oldu ki, futbolçularda istək, əzm var. İrlandiya millisinin heyətində Premyer Liqada, Çempionşipdə çıxış edən futbolçular yer almışdı. Futbolçularımız çəkinmədilər, ürəklə mübarizə apardılar. Bu məqama sevindim. 4-cü dəqiqənin 45-ci saniyəsində Mahir Mədətov zədələnmişdi. Həmin müddətdə 2 dəqiqə fasilə yarandı. Bəlkə də Mahir yerdə qalmayıb, ayağa qalxıb oyuna davam etsəydi, hakim də oyunu bitirəcəkdi. Top da rəqib meydançasında idi. Bu da hakim üçün hücuma şərait verməsi üçün fürsət oldu. Əslində, təhlükəli epizod da yox idi, soyuqqanlı şəkildə topu uzalaşdırdıq. Ancaq sonda qapımıza cərimə zərbəsi təyin edildi və qolla nəticələndi. Oyunun gedişində standart vəziyyətlərdə futbolçularımız yaxşı oynamışdılar və təhlükəni aradan qaldırmışdılar. Oyunçulardan çox razı qaldım. Həm ikinci mərtəbədə, həm də təkbətək mübarizələrdə inamlı idilər.

– U-21-də görüləsi işlər daha çoxdur, yoxsa əsas millidə?
– Bir az çətin sualdı. Hazırda iş bu yöndə gedir ki, bütün millilər düzəlməlidir. Ciddi şəkildə iş getməlidi. Sistemli və proqram şəklində işləmək lazımdır. İllər keçdikcə aşağı yaşlardan futbolçular yetişməli və üzə çıxmalıdır. Aşağı yaş qruplarında olan futbolçular taktiki və texniki cəhətdən hazır olmalıdılar ki, əsas milliyə dəvət alanda yaxşı çıxış etsinlər. Bir balaca başa saldıqdan sonra öz oyunlarını oynayacaqlar. Kosovo bizimlə oyun üçün iki gün məşq etmişdi. Onlar yetişən futbolçunun hesabına oynayırlar. Avropada çıxış edən oyunçuları var. İki günə mümkün deyil ki, o cür oyun sərgiləyəsən. Biz də millini o səviyyə çatdırmalıyıq ki, aşağı yaşlardan pillə-pillə əsas milliyə gələn futbolçu Qurban müəllimin dediklərini anlasın.

– Qurban Qurbanov bildirmişdi ki, Rəşad Sadıqov lazım olsa, milliyə geri dönəcək. Son qərar sənə məxsus olacaq. Bu barədə düşünürsən?
– Bu, gündəmdə olan mövzu deyil. Qurban müəllimə də demişdim ki, artıq yığma karyeramı bitirmişəm. Mənə suallar verilirdi ki, millidə müdafiəçi problemi var. Mən də demişdim ki, əgər ehtiyac duyulsa, kritik anda oynamağa hazıram. Bu sözlərin eynisini də Qurban Qurbanov deyib. Əgər lazım olsam, belə olacaq. Hazırda bu, gündəmdə deyil.

– Millətlər Liqasında vəziyyət pis olsa, geri dönərsən?
– Əgər ehtiyac olsa, gələrəm. İnşallah, ehtiyac olmaz. Hər oyundan-oyuna görürəm ki, futbolçular daha da artırırlar və daha həvəsli çıxış edirlər. İlk oyunumuz Kosovo ilə olacaq. Mənə elə gəlir ki, finala bərabər matç olacaq. Son oyunumuz da elə onlarla olacaq. Kosovo evdə də istəkli, aqressiv çıxış edir. Heyətlərində Avropda oynayan təcrübəli futbolçular var. Maksimum şəkildə ciddi hazırlaşmaq lazımdı.

Son yazılar

To Top