Milliyə iki yeni futbolçu çağırıldı
04.02.2021 , 16:10

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha iki oyunçu cəlb olunub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”dan Vaqif Yeqanov və “Neftçi”nin üzvü Ramin Tağıyev COVID-19 testi verdikdən sonra hazırlıq prosesinə qoşulacaq.
