Milliyə daha bir futbolçu çağırıldı
21.03.2022 , 10:53

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Bakıda Estoniya, 29-da isə yoldaşlıq oyununda Belarus komandası ilə qarşlaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə millinin hazırlıq prosesində iştirak edəcək.
