Milliyə daha bir futbolçu çağırıldı
24.05.2021 , 17:30

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının Bakıda təşkil olunan hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.
Korner.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü İsmayıl Zülfüqarlı (“Neftçi”) A milli komandanın Bakıda keçirilən məşqlərində iştirak edəcək.
