Milliyə daha bir futbolçu çağırıldı
23.05.2021 , 12:48

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu çağırılıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədir.
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.
