21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 20-dən 25-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Korner.az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı (affa.az) xəbər yayıb.
Millinin heyətinə daha bir futbolçu – “Qarabağ” komandasının üzvü Elgün Uluxanov – dəvət olunub.
