Milliyə 22 futbolçu çağırıldı
13.10.2023 , 18:19
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Xəyal Fərzullayev (“Sumqayıt”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli (“Sabah”), Musa Məmmədov, Uğur Səfərov, İbrahim İbrahimli (“Qarabağ”), Zaman Zamanlı, Eyubov Əkbər, Adəm Topalov (“Səbail”), Saleh Süleymanov (“Cəbrayıl”), Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, Sənan Ağalarov, Xəyyam Məmmədli (“Qəbələ”), Rüfət Abbasov, Murad Məmmədov (“Neftçi”), Arzu Atakişiyev (“Kəpəz”), Murad Ələkbərov (“Zirə”), Edqar Adilxanov (“Şamaxı”), Ceyhun Hacıyev (“Verl” Almaniya), Sadiq Şəfiyev (“Turan Tovuz”)
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da “Dostluq” stadionunda keçiriləcək.