Millinin xalı artdı, mövqeyi dəyişmədi – FIFA reytinqi
19.09.2019 , 14:56
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 109-cu sırada qərarlaşıb. Yığmanın xalı 1191-di. Bu, ötən ayla müqayisədə 3 xal artımı deməkdi.
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 8-ci (1625 xal), Uels 23-cü (1522 xal), Slovakiya 29-cu (1493 xal), Macarıstan isə 50-ci yerdə (1430 xal) məskunlaşıb.
Cədvələ 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla 2-ci, Braziliya 1719 xalla 3-cüdü.
