“Napoli”nin futbolçusu Lorenzo İnsinye silahlı hücuma məruz qalıb.
Korner.az-ın məlumatına görə, bu barədə “Footbal İtalia” nəşri yazıb.
İtaliya millisinin üzvü silahlı şəxslər tərəfindən qarət olunub.
Soyğunçular 24 yaşlı yarımmüdafiəçiyə xəsarət yetirməsə də, onun pulunu və qiymətli əşyalarını alıblar. Hadisə zamanı İnsinyenin həyat yoldaşı və dostları da yanında olub.
Daha öncə “Napoli”nin digər futbolçusu Marek Hamşik də silahlı hücuma məruz qalıb.
