Bakının “İnter” klubu daha bir transfer reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter” ampluaca yarımmüdafiəçi olan Abdulla Abasiyevlə 2 illik müqavilə imzalayıb.
Ötən mövsümü “Sumqayıt” klubunda keçirən A.Abasiyev Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvüdür və yığmanın heyətində 2012-ci ildə 3 rəsmi matçda meydana çıxıb.
Qeyd edək ki, futbolçu 2010-cu ildə U-19 komandasının heyətində də mübarizə aparıb.
