Millinin üzvü İngiltərə klubunun hədəfində
23.11.2019 , 16:41
Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə karyerasını “Sanderlend”də davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu keçid qış fasiləsində reallaşa bilər.
İngiltərənin səviyyəcə 3-cü liqasında mübarizə aparan klub mərkəz müdafiəçisi axtarışındadı. Bəhlulun ölkə xaricində çıxış etmək istəməsi isə onları bu keçiddə daha da ümidləndirib. “Chroniclelive.co.uk saytı bu keçidin “Sanderlend”ə aşağı məbləğə başa gələcəyini qeyd edib.