Rusiya millisinin və SSKA komandasının müdafiəçisi Sergey İqnaşeviç Roberto Rozettinin Hakimlər Komitəsinə sədr edildikdən sonra baş verən dəyişikliklər haqda danışdı.
Korner.az– ın məlumatına görə, o, Rozettinin fəaliyyətindən heç də razı deyil.
“Rozettinin ilk işi hakimlər korpusunu yeniləmək oldu. Yəqin ki, bizim hakimlərin bacarıq və zehniyyət problemini həll edəcəyinə ümid edərək bu addımı atdı. Bu tədbirlərin nə dərəcədə effektiv olduğunu bilmirəm, amma elə bir ciddi inkişaf hələ görməmişəm. Hakimləri digər ölkələrdəki həmkarları ilə müqayisə etmək elə də düzgün deyil. Ancaq hakimlərimizin beynəlxalq turnirlərdə və avrokuboklar oyunlarına təyinat almamaları, hələ də problemin aradan qalmamasının sübütudur”- deyə İqnaşeviç bildirib.
