Almaniyanın “Volfsburq” klubu hücum xəttini gücləndirib
“Canavarlar” Bundesliqanın digər təmsilçisi “Bayer”in hücumçusu Admir Mehmedini transfer edib. İsveçrə millisinin üzvü yeni klubuyla 4,5 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun keçidi “Volfsburq”a 10 milyon avroya başa gəlib.
Qeyd edək ki, Mehmedi 2015-ci ildən “Bayer”də çıxış edirdi.
