Millinin Türkiyə ilə oyununun yeri və vaxtı məlum oldu
02.06.2023 , 14:33

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
İyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundan üç gün sonra Azərbaycan U-21-i Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.
