Millinin tarixinə düşdü
16.06.2023 , 23:05

Xesus Navas İspaniya millisinin tarixinə düşüb.
Korner.az xəbər verir ki, UEFA Millətlər Liqasının “Dördlər finalı”nın yarımfinalında İtaliyaya qalib gəldikləri (2:1) görüşdə iştirak edən yarımmüdafiəçi milli komanda ilə rəsmi oyuna çıxan ən yaşlı futbolçu adını qazanıb.
Navas 2009-cu ildə yığmada debüt edib. O, millidə 47 oyuna 5 qol vurub.
