Futbol

Millinin təmiz qolu sayılmadı

13.10.2019 , 22:53

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Korner.az xəbər verir ki, yığmamız səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub. Bu görüşdə Azərbaycan millisi haqsızlıqla üzləşib.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində Bəhlul Mustafazadənin vurduğu qol qeydə alınmayıb. Matçın baş hakimi Dennis Yohan Hiqler onun əllə oynadığını əsas gətirərək, belə qərar qəbul edib. Epizodun təkrarında Bəhlulun əllə oynamadığı bəlli olub.

Son yazılar

Yuxarı