Cüdo

Millinin təlim-məşq toplanışına yekun vuruldu

15.01.2022 , 11:20

Türkiyənin Antalya şəhərində 20 ölkədən 300 cüdoçunun iştirakı ilə baş tutan təlim-məşq toplanışına yekun vurulub.

Korner.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi təlimlərdə cüdo üzrə Azərbaycan millisi 36 nəfərlik heyətlə iştirak edib.

​Təlim-məşq toplanışının əsas məqsədi 28-30 yanvar tarixlərində Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə qran-pri və 5-6 fevral tarixlərində Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə hazırlıqdır.

Son yazılar

Yuxarı