Milli

Millinin seçmə mərhələlər üçün heyəti

09.06.2021 , 17:36

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Korner.az xəbər verir ki, millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.

Azərbaycan yığmasının seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq:

1. Elçin Qasımov

2. Vaqif Şirinbəyov

3. Elşad Manafov

4. Renat Sultanov

5. Orxan Məmmədov

6. Əbdül Əliyev

7. Comərd Baxşəliyev

8. Amid Nəzərov

9. İlkin Haciyev

10. Asif Zeynalov

11. Ramil Əliyev

12. Sabir Allahquliyev

Son yazılar

Yuxarı