Millinin seçmə mərhələdə qarşılaşacağı rəqiblər
04.06.2021 , 17:13

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayın.
Millimizin seçmə mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib. Futbolçularımız iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.
