Millinin sabiq üzvü Moldova klubunda
28.03.2020 , 20:19

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və “Sumqayıt”ın sabiq futbolçusu Dmitri Nağıyev özünə yeni klub tapıb.
Korner.az xəbər verir ki, o, bundan sonra Moldovanın “Dinamo-Avto” klubunun uğurları üçün çalışacaq. Müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.
Ukrayna vətəndaşlığı da olan Nağıyevin son klubu Litva “Stumbras”ı olub.
