Millinin sabiq üzvü İsveçrə klubunda
14.10.2020 , 18:22

Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova karyerasını İsveçrədə davam etdirəcək.
Korner.az xəbər verir ki, 35 yaşlı idmançı 3 illik fasilədən sonra yenidən “Volero”nun formasını geyinəcək.
O, 2005-2006, 2007-2008 və 2014-2017-ci illər mövsümündə də “Volero”nun şərəfini qoruyub. Klub hücumçu sarıdan problemlə üzləşdiyindən yığmamızın sabiq üzvü ilə anlaşıb.
Məmmədova son mövsümdə İndoneziyada, həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu “Cakarta” klubunda çıxış edirdi.
