Xərçəng xəstəliyi ilə bir müddətdir mübarizə aparan Uqanda millisinin 28 yaşlı sabiq qapıçısı Abel Daira dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, onun bu xəstəliyə düçar olduğu bir neçə ay bundan əvvəl bəlli olub.
Son vaxtlar İslandiyanın İBV klubunun şərəfini qoruyan qolkiper Uqanda, Tanzaniya və Konqo Demokratik Respublikasının klublarında çıxış edib. Bundan başqa, Abel Daira 12 dəfə öz ölkəsinin milli komandasının formasını geyinib.
