Millinin sabiq baş məşqçisi vəfat etdi
08.12.2020 , 17:50

Azərbaycan idmanına ağır itki üz verib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında dünyasını dəyişib.
Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından vətənə bir çox medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina-2004 Yay Olimpiya Oyunlarından vətənə 2 bürünc medal gətirib.
Eyvazov bir neçə il Türkiyədə çalışmış və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.
