Millinin sabiq baş məşqçisi tarixin ən yaxşıları sırasında
15.12.2020 , 12:18

“France Football” nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi komandalarını açıqlayıb.
İkinci dərəcəli “11-lik”də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)
Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)
Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)
