Millinin rəqibləri müəyyənləşdi
14.03.2022 , 17:44
Azərbaycanın mini-futbol millisinin 2022-ci il Avropa çempionatındakı rəqiblərini adına aydınlıq gəəlib.
Korner.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən püşkün nəticəsinə əsasən yığmamız B qrupunda mübarizə aparacaq. Komandamız Rumıniya, İspaniya və Albaniya ilə üz-üzə gələcək.
Oyunlar 4-11 iyun tarixlərində keçiriləcək.
