Futzal

Millinin rəqiblərinin oyununda darmadağın

08.03.2021 , 16:52

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı üçüncü qrupda bir oyun keçirilib.

Korner.az xəbər verir ki, Slovakiya yığması səfərdə Yunanıstan futzalçılarının qonağı olub. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv hazırda 9 xalla liderdir. Milli növbəti matçını Moldova yığmasına qarşı keçirəcək.

Son yazılar

Yuxarı