2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan yığma komandalar bu gün yoldaşlıq oyunu keçirəcəklər.
Korner.az-ın məlumatına görə, C qrupunun lideri Almaniya səfərdə İtaliya ilə üz-üzə gələcək.
Son oyunda Robert Prosineçkinin rəhbərlik etdiyi komandanı evdə 4:0 hesabı ilə məğlub edən Şimali İrlandiya Xorvatiyanı sınağa çəkəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Çexiya yığmasının rəqibi isə Danimarka olacaq. Bu oyunun start fiti saat 23:30-da səslənəcək.
