Millinin rəqibləri müəyyənləşdi
04.07.2022 , 13:17

Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Korner.az xəbər verir ki, millimiz B qrupunda Marakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.
Yığma ilk oyununu avqustun 8-də İrana qarşı keçirəcək.
Millinin oyunlarının təqvimi
8 avqust. Saat 19:00
İran – Azərbaycan
10 avqust. 17:00
Səudiyyə Ərəbistanı – Azərbaycan
12 avqust. Saat 15:00
Mərakeş – Azərbaycan
14 avqust. Saat 19:00
Yarımfinal
16 avqust. Saat: 16:00
Üçüncü yer
Saat: 19:00
Final
Qeyd: Oyunları başlama saatı yerli vaxtla göstərilib.
