Millinin rəqibləri müəyyənləşdi
09.12.2021 , 17:58

Qadınlardan ibarət U-17 milli komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu qrupun oyunları 2022-ci il 8 – 14 martda Albaniyada keçiriləcək.
