Millinin rəqibləri məlum oldu
28.01.2021 , 18:12

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb. Milan Obradoviçin baş məşqçisi olduğu komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq.
Seçmə mərhələnin oyunlarına martın 24-ü start veriləcək.
