Millinin rəqibləri məlum oldu
06.12.2024 , 12:30

Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.
İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.
