Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində millimizlə matç öncəsi yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, Maykl Onilin rəhbərlik etdiyi komanda Yeni Zelandiya ilə qarşılaşacaq. Okeaniya təmsilçisi ilə matç millimizlə oyundan 8 gün əvvəl – iyunun 2-i keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-u oynanılacaq. İlk oyunda britaniyalılar millimizi 4:0 hesabı ilə darmadağın etmişdi.
