Millinin rəqibinin heyətində dəyişiklik
18.11.2019 , 16:06

AVRO-2020-nin seçmə mərhələsinin sonuncu turunda sabah Azərbaycan millisini qəbul edəcək Slovakiya yığması daha bir itki ilə üzləşib.
Korner.az xəbər verir ki, qapıçı Dominik Qreyf zədə səbəbində bu görüşdə iştirak edə bilməyəcək. “Slovan”ın qolkiperi çiynindəki ağrılara görə heyətdən kənarlaşıdırılıb. Onun əvəzinə milliyə “Jilina”da çıxış edən Dominik Holek dəvət edilib.
Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Mak da sabahkı matçı buraxacaq.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
