Millinin rəqibinin heyəti açıqlandı
21.02.2023 , 19:40
.jpg)
Futzal üzrə Polşa millisinin martın 7-də DÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı oyun üçün heyəti açıqlanıb.
Korner.az xəbər xəbər verir ki, komandanın baş məşqçisi Blajey Korçınski 14 oyunçuya dəvət göndərib.
Qapıçılar: Mixal Kaluja, Lukaş Blaşik
Meydan oyunçuları: Kşiştof Elsner, Remiqiuş Spıxalski, Patrik Xolı, Pavel Kanevski, Tomaş Krezel, Mateuş Madzenq, Kasper Sendelevski, Mixal Kubik, Sebastyan Leşak, Kamil Surmyak, Mikolay Zastavnik, Mateuş Mroveç
