Millinin rəqibində 3 futbolçu yığmadan getdi
24.02.2019 , 11:26

Slovakiya millisində 3 futbolçu yığma karyerasını başa vurub.
34 yaşlı müdafiəçi Martin Şkrtel yığmadan getdiyini sosial şəbəkə hesabında bəyan edib. Kapitanla yanaşı, hücumçu Adam Nemets (33 yaş) və müdafiəçi Tomaş Quboçan (33 yaş) da yığma karyerasını bitirib.
Şkrtel 103, Quboçan 64, Nemets isə 42 dəfə milli komandanın formasını geyinib.
Slovakiya AÇ-2020-nin qrup mrəhələsində Azırbaycan millisinin rəqibidi.
