"Sumqayıt" "Rəvan"la Topaz Premyer Liqasının 17-ci turunun oyununa hazırlaşır.
Korner.az-ın məlumatına görə, futbolçular Murad Ağayev və Uğur Pamuk fərdi qaydada məşq edirdilər.
Belfastda millimizin qapısını qoruyan qolkiper Səlahət Ağayev və meydan oyunçuları Aftandil Hacıyev və Bəxtiyar Həsənəlizadə müalicələrini başa çatdıraraq komandaya qoşulublar.
"Futbolçular "Rəvan"la oyuna tam hazır olacaq", deyə Sumqayıt komandasının saytında yerləşdirilən məlumatda deyilir.
