Millinin Polşada təlim-məşq toplanışı başa çatdı
05.01.2020 , 13:17

Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
Korner.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb.
Milli burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşaya millisi qalib gəlib.
Beləliklə 11 günlük təlim-məşq toplanışına yekun vurulub. Yığma Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Milli qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.
Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.
