Milli

Millinin Polşa ilə oyunu rumınlara tapşırıldı

06.03.2020 , 17:42

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Polşa yığması ilə qarşılaşacağı oyunun təyinatları məlum olub.

Korner.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristiana Mariana olacaq. Ona Petruta Luqulesku və Daniela Konstantinesku kömək edəcək. Dördüncü hakim funksiyasını Luliana Demetresku yerinə yetirəcək. UEFA nümayəndəsi isə italiyalı Marta Atsori olacaq.

Martın 11-də, “ASK Arena”da keçiriləcək Azərbaycan – Polşa matçı saat 18:00-da start götürəcək.

Son yazılar

Yuxarı