Milli Özbəkistana qalib gəldi
22.01.2020 , 22:37

DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda Özbəkistan futzalçıları ilə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, yığma ilk oyunda 2:3 hesabı ilə məğlub olmuşdu.
Beynəlxalq yoldaşlıq görüşü
22 yanvar
20:00. Azərbaycan – Özbəkistan – 4:3
Qol: Oliveira Da Nascimento “Vassora”, 3, Thiago Telles Martins “Bolinha”, 13, Eduardo, 15, İsa Atayev, 36 – İlhamjon Hamroev, 10, İxtiyar Ropiyev, 26, Sunnatilla Jorayev, 29
Qırmızı vərəqə: Əkbər Usmanov, 36
