Millinin oyununun vaxtı açıqlandı
16.10.2023 , 14:55

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Korner.az xəbər verir ki, Ukrayna – Azərbaycan qarşılaşması noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
