Millinin oyununun başlama saatında dəyişiklik
21.02.2025 , 15:45

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Liv Bona Dea Arena”dakı oyun saat 15:00-da start götürməli idi. Amma qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.
