Millinin oyununun başlama saatı
18.02.2022 , 13:42

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi matçın başlama vaxtı bəlli olub.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq oyun saat 19:00-da başlayacaq.
Azərbaycan yığması A qrupunda 6 oyundan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb. Qrupda sonuncu – 6-cı pillədə olan Estoniyanın isə xalı yoxdur.
