Millinin oyununun başlama saatı bilindi
07.02.2023 , 14:43

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb.
Korner.az xəbər verir ki, Koşalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan yığması yer aldığı 6-cı qrupda 2 oyundan sonra 6 xalla liderdir.
