Mayın 30-da, Almaniyanın Frankfurt şəhərindəki «Viktoria Kelsterbach» stadionunda Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsrail millisinin də diqqət mərkəzində olacaq. Belə ki, görüşü izləmək üçün İsrail millisinin baş məşqçisinin köməkçisi Yossi Abuksis Frankfurta ezam olunacaq.
