Millinin oyununa təyinatlar açıqlandı
04.09.2021 , 13:42
Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Avstriyaya qarşı oyun üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı Belarusdan olan ədalət təmsilçiləri idarə edəcək. Baş hakim Amin Kurqheli olacaq. Ona yan xətlərdə Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.
Aenytabrın 7-də oynanılacaq Avstriya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.