Millinin oyununa hakim təyinatları açıqlandı
14.10.2024 , 10:12
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə (U-21) – Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək:
15 oktyabr
22:30. İngiltərə U-21 – Azərbaycan U-21
Aşton Qeyt.
Baş hakim: Ivana Martinčić
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić, Maja Petravić
Dördüncü hakim: Sabina Bolic
(Hakimlər briqadası Xorvatiyadandır)
Hakim-inspektor: Jens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Ignas Marcinkevičius (Litva)
Sözügedən oyun Bakı vaxtı ilə saat 22:30-da Bristol şəhərində yerləşən “Aşton Qeyt” stadionunda keçiriləcək.