Millinin oyunu üçün şotlandiyalı hakimlər
22.03.2022 , 16:06

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Devid Munro olacaq. Ona yan xətt hakimləri qismində Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.
Qeyd edək ki, martın 25-də “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.
