Milli

Millinin oyunu təxirə salındı

23.05.2022 , 16:51

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində mayın 26-da Küveytin U-23 komandası ilə yoldaşlıq oyunu keçirməli idi.

Korner.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Küveyt milli komandasının Bakıya səfərinin baş tutmaması səbəbindən oyun təxirə salınıb.

Son yazılar

Yuxarı