Millinin oyunu kiprli hakimlərə tapşırıldı
11.11.2019 , 16:13

Azərbaycan U-21 millisinin AVRO-2021-in seçmə mərhələsində Lixtenşteynə qarşı keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Lukas Sotiriusun başçılqı etdiyi kiprli hakimlər briqadası idarə edəcək. Ona yan xətdə Çaralambos Çaralambous və Yoannis Lazarous yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kriakos Kristodoulos yerinə yetirəcək.
Noyabrın 14-də Sumqayıtda “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
