Millinin oyunu canlı yayımlanacaq
06.04.2021 , 18:47

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Aprelin 8-də Levice İdman Sarayında keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
